1. Ümumi məlumat
Bu veb səhifə (www.eneraz.az) ENERAZ Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – ENERAZ MMC) tərəfindən idarə olunur və dəstəklənir. Veb səhifə daxil olmaqla və ondan istifadə etməklə Siz bu Hüquqi Bildirişdə əks olunmuş şərtlərlə razılaşmış olursunuz. Əgər bu şərtlərlə razı deyilsinizsə, veb səhifədən istifadə etməməyiniz xahiş olunur.
2. Hüquqi şəxsin rekvizitləri
• Tam adı: ENERAZ Məhdud Məsuliyyətli Cəmiyyəti
• Hüquqi ünvan: Azərbaycan Respublikası, AZ1121 Bakı şəhəri, Xətai rayonu, Ceyhun Həsənov küçəsi 4A, Giriş B, mənzil 91.
• VÖEN:1002232911
• E-poçt: eneraz [at] eneraz [dot] az
• Telefon: +994 50 270 28 44
3. Müəlliflik hüquqları və intellektual mülkiyyət
Bu veb səhifədə yerləşdirilən bütün materiallar (mətnlər, şəkillər, qrafik elementlər, loqolar, dizayn, proqram təminatı və s.) ENERAZ MMC-yə və ya onun tərəfdaşlarına məxsusdur, müəlliflik hüququ və əlaqəli hüquqlar barədə Azərbaycan Respublikasının qanunvericiliyi, həmçinin beynəlxalq müqavilələrlə qorunur.
İstifadəçilər veb səhifə materiallarından yalnız şəxsi və qeyri-kommersiya məqsədləri üçün istifadə edə bilərlər.
Materialların kommersiya məqsədilə istifadəsi, çoxaldılması, nüsxəsinin çıxardılması, nüsxələnməsi, yayımlanması, dəyişdirilməsi və ya digər formada işlənməsi yalnız ENERAZ MMC-nin yazılı icazəsi ilə mümkündür.
4. Məsuliyyətin məhdudlaşdırılması
Veb səhifədə təqdim edilən məlumatlar ümumi məlumatlandırma məqsədi daşıyır. ENERAZ MMC məlumatların dəqiqliyini təmin etməyə çalışsa da, onların tamlığına, dəqiqliyinə və ya aktuallığına zəmanət vermir.
Veb səhifədən istifadə nəticəsində birbaşa və ya dolayı zərərə görə ENERAZ MMC məsuliyyət daşımır.
Veb səhifədə texniki xətalar, nasazlıqlar və ya müvəqqəti əlçatmaz hallar ola bilər.
5. Xarici keçidlər
Veb səhifədə üçüncü tərəflərə məxsus veb səhifələrə və digər elektron resurslara keçidlər (linklər) ola bilər. Bu keçidlər yalnız məlumat məqsədilə təqdim olunur.
ENERAZ MMC həmin xarici resursların məzmununa, təhlükəsizliyinə və ya istifadəsindən doğan nəticələrə görə məsuliyyət daşımır.
6. Şəxsi məlumatların qorunması
İstifadəçilərin təqdim etdiyi şəxsi məlumatların toplanması, emalı və qorunması Məxfilik Siyasəti ilə tənzimlənir.
Şəxsi məlumatların qorunması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
7. Texniki təminat və təhlükəsizlik
Veb səhifədə müasir təhlükəsizlik texnologiyaları tətbiq olunur, lakin istifadəçi öz avadanlığının (kompüter, mobil cihaz və s.) təhlükəsizliyinə görə məsuliyyət daşıyır.
Veb səhifədə istifadə edilən proqram təminatının və ya materialların zərərsiz olması barədə tam zəmanət verilmir.
8. Dəyişikliklər
ENERAZ MMC bu Hüquqi Bildirişi əvvəlcədən xəbərdarlıq etmədən istənilən vaxt dəyişmək və yeniləmək hüququnu özündə saxlayır. Yenilənmiş versiya veb səhifədə dərc edildiyi andan qüvvəyə minir.
9. Bu Hüquqi Bildirişin identifikasiya məlumatları
• Sənədin buraxılış versiyası: 1.7
• Ən son redaktə tarixi: 28 iyul 2025.
• Qüvvəyə minmə tarixi: 01 sentyabr 2025.
10. Əlaqə məlumatları
Bu Hüquqi Bildirişlə bağlı suallarınız yarandıqda bizimlə əlaqə saxlaya bilərsiniz:
• E-poçt: eneraz [at] eneraz [dot] az
• Telefon: +994 50 270 28 44